ABŞ hərbçiləri Qırmızı dəniz üzərində beş pilotsuz uçuş aparatını (PUA) vurub.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı xəbər yayıb.
"Aprelin 28-də Sana vaxtı ilə saat 01:48-dən 02:27-dək (Bakı vaxtı ilə saat 02:48 və 3:27) ABŞ Silahlı Qüvvələri Qırmızı dəniz üzərində 5 PUA-nı uğurla vurub”, - komandanlığın "X”dəki səhifəsində yerləşdirilmiş paylaşımda deyilir.
Məlumata görə, PUA-ların ABŞ-nin, dəniz koalisiyasının və bölgədəki ticarət gəmiçiliyi üçün təhlükə yaratması müəyyənləşdirilib.