Türkiyənin altı vilayətində keçirilən "MAHZEN-35” əməliyyatlarında altı mütəşəkkil cinayətkar qrup məhv edilib.
Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya xəbər verib.
Onun sözlərinə görə, keçirilən əməliyyatlar zamanı qruplaşma başçıları da daxil olmaqla mütəşəkkil cinayətkar dəstənin 46 üzvü saxlanılıb.
Əməliyyatlar nəticəsində 30 sənədsiz tapança, iki ov tüfəngi, avtomat silah, müxtəlif miqdarda narkotik vasitə və külli miqdarda türk lirəsi ələ keçirilib.