AZ

UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO

Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad fakültəsi (TUDİFAK) və Türkiyənin Selcuk Universiteti ilə birgə təşkil etdiyi VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransının açılış mərasimi keçirilib.
 
Moderator.az xəbər veirr ki, konfransda millət vəkilləri, hər iki universitetin professor-müəllim heyəti, sosial elmlər sahəsində təhsil alan bakalavr, magistr və doktorantlar iştirak ediblər.
 
Açılış nitqi ilə çıxış edən TUDİFAK-ın dekanı professor Mehmet Yüce konfransın keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, konfrans beynəlxalq əməkdaşlığı təşviq etməklə, iştirakçılar arasında qlobal səviyyədə şəbəkələşmə imkanı yaradacaq. M.Yüce beynəlxalq elmi konfransa 100-ə yaxın tədqiqat işinin təqdim edildiyini, seçilmiş ən yaxşı məqalələrin “Journal of Social Economic Research” və “Journal of Selçuk University Social Sciences Institute” jurnallarında dərc olunacağını da diqqətə çatdırıb.
 
Sonra elm və innovasiyalar üzrə prorektor dos. Fariz Əhmədov, millət vəkilləri prof. Jalə Əliyeva, Müşfiq Cəfərov, konfransın təşkilat komitəsinin sədri prof.dr. Ahmet Ay çıxış edərək, konfransın işinə uğurlar arzulayıblar.
 
Açılış nitqlərindən sonra konfransın panelində “TÜBA” üzvü professor Mustafa Ersöz “Türk Dünyasının Bilimsel ve Teknolojik İşbirliği: Geleceğe Yönelik Adımlar” mövzusu ilə çıxış edib.
 
Sonra Selçuk Universitesi tərəfindən məruzəçilərə plaketlər təqdim olunub. Konfrans tələbələrin müxtəlif mövzulara həsr olunan maraqlı təqdimatları ilə davam edib.
 
İki gün davam edən beynəlxalq tələbə konfransı mayın 3-də yekunlaşıb.
Seçilən
317
50
moderator.az

10Mənbələr