AZ

Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib

Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib“Liverpul”un baş məşqçisi Yurgen Klopp misirli hücumçu Məhəmməd Salahın Mersisayd klubunda gələcəyi ilə bağlı sualı cavablandırıb.Xatırladaq ki, forvardın “qırmızılar”la hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.“Bu, artıq mənim müzakirə mövzum deyil, bu barədə danışmaq lazım deyil, hər şeydən əvvəl başqaları qərar verəcəklər”, - məşhur jurnalist Ceyms Pirs “X” sosial şəbəkəsində Kloppdan sitat gətirib.Məhəmməd Salah 2017-ci ildən “Liverpul”da çıxış edir. “Qırmızılar”la birgə Çempionlar Liqası, İngiltərə çempionatı və Klublararası Dünya Çempionatının qalibi olub. Bu mövsüm 31 yaşlı hücumçu bütün turnirlərdə 41 oyun keçirib, 24 qol vurub və 13 məhsuldar ötürmə edib.

Seçilən
187
35
adalet.az

10Mənbələr