AZ

“Biz çox planları pozmuşuq -Özümüz gərginlik yaradırdıq”

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 33-cü turunda səfərdə "Kəpəz"lə 1:1 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov oyundan sonra keçirilən mətbuat konfransında sualları cavablandırıb:

- Azarkeşlərimizə təşəkkür edirəm. Tovuz çox ağır səfərdir. İki həftə əvvəl də burada olmuşuq. Futbolçularım ağır görünürdü. Oyunun əvvəlində 1-2 epizod yaratdıq. Təəssüf ki, ağır hərəkət etməyimiz, gec qərarlar verməyimiz istədiyimiz kimi oynamağa imkan vermədi. Amma səfərdə 1 xal qazana bildik. Digər oyunlara yaxşı hazırlaşacağıq. Bu gün bir çox şeylər məni razı salmadı. Müdafiəçilərimiz ən pis oyunlarını keçirdilər. "Qarabağ"la matçdakı yorğunluqdan irəli gələ bilər.

- 2 xal itirdiniz, yoxsa 1 xal qazandınız?

- Bilmirəm. Oyunun gedişatı heç üzəyimcə deyildi. Özümüz gərginlik yaradırdıq. İtirdiyimizi və ya qazandığımızı növbəti üç oyundan sonra biləcəyik.

- Oyunun bu qədər gərgin keçməyi sizcə anormal deyil?

- "Kəpəz" evdə oynayır, azarkeşlər öz komandalarını dəstəkləyirlər. Bunun yaxşı tərəfi də var. Bizim oyunçular da ayılırlar. Gərginliyin haradan irəli gəldiyini bilmirəm. Futbolçular udmaq istəyirdi. Rəqib futbolçuları qınaya bilmərəm.

- Sizcə, "Kəpəz" "Zirə" və "Neftçi"yə qarşı da belə oynayacaq?

- Oynayacaqlar. Amma bütün aparıcı oyunçuları qırmızı vərəqə aldı. Bu öz təsirini göstərəcək.

- Komanda son üç oyunda təzyiqin altından çıxa biləcək?

- Biz çox planları pozmuşuq. Düşünürlər ki, bu imkanlarla necə olur ki, "Sumqayıt" bu yerdədir. Amma biz bu təzyiqin altından çıxmalıyıq.

Seçilən
175
1
sportinfo.az

8Mənbələr