Şənbə günü, mayın 4-də Belarusun İdman və Turizm Nazirliyinin tabeliyindəki ikinci liqasında mübarizə aparan “Miori” komandası “Rossony” komandasına 50:0 hesabı ilə qalib gəlib.Metbuat.az offsideplus.az-a istinadən xəbər verir ki, birinci hissədə "Miori" 24, 2-ci hissədə 26 qol vurub. Bu, Belarus futbolu tarixində ən böyük qələbədir.
İdman Nazirliyinin liqası Belarus çempionatının üçüncü güclü divizionudur.