AZ

“Hələ heç nə bitməyib”

Misli premyer-liqasının 33-cü turunda “Sabah” “Araz-Naxçıvan”ı məğlub edib - 1:0.

“Football-plus.az” xəbər verir ki, matçdan sonra “bayquşlar”ın baş məşqçisi Krunoslav Renduliçin mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Oyunçularımı təbrik edirəm. Onlarla fəxr edirəm. Ardıcıl 4 oyunda qələbə qazanmaq asan deyil. Ayaz Quliyevin uzaqdan vurduğu mükəmməl zərbə ilə hesabda önə keçdik. Qoldan sonra sanki nəticədən məmnun idik. Futbolçulara demişdim ki, bu gün çətin oyun olacaq. İlk hissədə "Araz-Naxçıvan" topa daha çox nəzarət edirdi. İkinci hissədə biz daha yaxşı oynadıq. Penaltini qaçırdıq. Oyunun taleyini daha erkən həll edə bilərdik. Oyundan və 3 xaldan məmnunuq. Hələ heç nə bitməyib. Qarşıda 3 oyun və 9 xal var. Növbəti matça hazırlaşmalıyıq”.


- "Sabah" bu mövsüm penaltilərdə uğursuzdu. Bu barədə nə deyə bilərsiniz?
- Qaçan penaltilər də oyunun bir hissəsidi. Bu, sadəcə keyfiyyətdən asılı deyil, bəzən konsentrasiyadan da asılıdı. Penalti təyin olunarkən reaksiyamız xoşuma gəlmədi. Hər kəs artıq qolu qeyd edirdi. Penaltidə şanslar 50/50-di. Ona görə də erkən qeyd etmək lazım deyil.

- Son üç oyunda "Sabah" ilk hissədə vurduğu qollarla qələbə qazanıb. İkinci hissədə komanda arxayın olur?
- Bu gün ilk yarıda o qədər də yaxşı oynamadıq. Əksinə, ikinci hissədə çox yaxşı oynadıq. İki yaxşı qol fürsətimiz oldu. 3-4 epizodda son ötürmələri düzgün verə bilmədik.

- Mövsümün sonunda komandadan neçə nəfər gedəcək? Zəif mövqelər üçün axtarışlara başlanılıb?
- Hazırda bu söhbətlərin yeri deyil. Qarşıda üç oyun var. Yeni oyunçuların axtarışındayıq.

- Öz həmvətənlərinizdən gətirəcəksiz?
- Xorvatiyadan olmağım o demək deyil ki, xorvat oyunçular gətirəcəm. Əlbəttə Xorvatiyada yaxşı futbolçular var. Amma realist olmaq lazımdı. Dəqiq deyə bilmərəm ki, gətirəcəyik ya yox.

- Ən çox qarşıdakı hansı oyuna görə narahatsız?
- Həmişə birinci, ikinci və ya üçüncünü fikirləşmirəm.

- Son turda "Neftçi" ilə qarşılaşacaqsınız. İstəyərdiz ki, həmin matça kimi hər şey həll olunsun?
- Bütün məşqçilər istəyər ki, axırıncı oyun heç bir şeyi həll etməsin. Necə olacağını indidən demək çox çətindir. "Neftçi"nin də üç oyunu var. İnanıram ki, həmin matça kimi rahat olacağıq.
Seçilən
141
1
football-plus.az

10Mənbələr