AZ

Baykal-Amur magistralının fəxri sərnişini Heydər Əliyevə həsr olunur - FOTOLAR

Heydər Əliyev bu gün də əsl dahi, islahatçı və uzaqgörən lider şəxsiyyətini təcəssüm etdirir. Azərbaycanın Ümummilli Lideri öz adını iki dövlətin - SSRİ-nin və doğma Azərbaycanının tarixinə qızıl hərflərlə yazdırıb.

Bu fikirləri “Report”a “Caspian Logistics Solutions” şirkətinin sədr müavini Rifat Sultanzadə deyib.

“25 ildən çoxdur mən logistika sektorundayam və tərəddüdsüz deyə bilərəm ki, Heydər Əliyevin bugünkü Rusiyanın rifahının əsasının qoyulmasında böyük rolu olub. Müəyyən mərhələdən başalayaraq tikinti işləri məhz onun ciddi nəzarəti altında aparılıb, 10 iyul 1989-cu ildə isə SSRİ-nin, indi isə Rusiya Federasiyasının strateji əhəmiyyətli obyekti - uzunluğu 4324 km olan, 2230 körpü, 200 dəmir yolu stansiyası və 8 tuneli əhatə edən Baykal-Amur dəmir yolu magistralı uğurla istifadəyə verilib. Bu ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev və BAM-ın veteran inşaatçıları ilə birgə keçirilən görüşdə Rusiya Prezidenti Vladimir Putin də BAM-ın tikintisi tarixində Heydər Əliyevin çox böyük rol oynadığını söyləyib”, - R.Sultanzadə söyləyib.

O, həmçinin Heydər Əliyev haqqında maraqlı söhbətə və faydalı məlumatlara görə Naxçıvandakı Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyevə və Firəngiz Elyazovaya minnətdarlığını bildirib.

Sultanzadə vurğulayıb ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev mühüm dövlət vəzifələrini həll edir, ölkəni daha da parlaq gələcəyə aparır.

“Cənab Prezidentin həyata keçirdiyi daxili və xarici inkişaf strategiyası ölkənin innovasiyalara, ekoloji təmizliyə, beynəlxalq əhəmiyyətli logistika dəhlizlərinin inkişafına sadiqliyini göstərir”, - o əlavə edib.

FOTO QALEREYA
Seçilən
215
2
avtosfer.az

10Mənbələr