AZ

Görüş bitdi: Bayramov Bakıya nə ilə dönür? 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında 10-11 may 2024-cü il tarixlərində Qazaxıstanın Almatı şəhərində danışıqlar aparılıb.


Nazirlər və onların nümayəndə heyətləri “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər. Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar.


Danışıqlar ümumi mənada müsbət, yoxsa mənfi məqamlar ilə yadda qaldı? Növbəti görüş nə vaxt, harada baş tuta bilər? Sülh sazişi nə zaman imzalana bilər?


Globalinfo.az-a danışan siyasi şərhçi Turab Rzayev deyib ki, Azərbaycanın xarici işlər nazirlərin Almatı danışıqlarının birinci mərhələsi konstruktiv və müsbət məqamlar ilə yadda qaldı:


“Tərəflər arasında sülhə inamın olması vacib məqamdır. Danışıqların ikinci günü də əslində gözlənildiyi kimi mühüm məqamlar ilə yadda qaldı. Ən önəmlisi tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar.


10 may 2024-cü il. Almatıda XİN rəhbərlərinin görüşü


Əslində bu məqam həm də onu deməyə əsas verir ki, tərəflər görüşdə ilk növbədə delimitasiya prosesi ilə bağlı məsələni müzakirə edib. Çünki müzakirəyə ehtiyacı olan məqamlar çoxdur. Xüsusilə anklavların qaytarılması məsələsi ən kritik mövzudur. Hansı metodun tətbiq ediləcəyi, hansı addımların atılacağı tərəflər arasında razılaşdırılmasa da ümumi müzakirənin edilməsi müsbət haldır.


Sərhədlərin delimitasiyası deyərkən təbii ki, xəritə məsələsi də gündəmdədir. Hansı xəritələrin istifadə olunacağı razılaşdırılmalıdır. Burada əsas məsələ Ermənistan tərəfinin iddialarıdır. Belə ki, rəsmi İrəvan Azərbaycanın yüksəkliklər ələ keçirdiyini iddia edir. Bu versiyaların müzakirəsinə ehtiyac var.


Növbəti görüşün harada olacağı hələlik məlum deyil. Prinsipcə bunun elə də əhəmiyyəti yoxdur. Bundan öncə Berlində görüş baş tutmuşdu. Bu dəfə isə Almatıda görüş oldu. Hər iki ölkə vasitəçi deyil, görüşün təşkilatçıları idi. Yəni görüş hansı ölkədə olmasından asılı olmayaraq əsas vacib məqam danışıqların nəticəsidir”.

Seçilən
301
20
referans.az

10Mənbələr