AZ

Alimlər "ölümsüz ağac"la bağlı bu sirri açıqladılar

Alimlər qədim baobab ağaclarının mənşəyinin sirrini açıqlayıblar.

Publika.az xəbər verir ki, DNT araşdırmalarına görə, bu ağaclar ilk dəfə 21 milyon il əvvəl Madaqaskarda peyda olub. Onların toxumları daha sonra okean cərəyanları tərəfindən Avstraliyaya, eləcə də Afrikaya aparılaraq burada müxtəlif növlərə çevrilib.

Tədqiqatçılar nəsli kəsilmək üzrə olan ağacları qorumaq üçün daha çox diqqətli olmağa çağırış ediblər: “Biz müxtəlif heyvan və bitki növlərini, eləcə də insanları dəstəkləyən simvolik növ olan baobab ağacının mənşəyini dəqiq müəyyənləşdirə bildik. Və bu məlumatlar bizə onları qoruyub saxlamağa və gələcəklərini təmin etməyə kömək edəcək yeni mühüm məlumatlar əldə etməyə imkan verdi”.

Baobabın 8 növü tədqiq edilib. Məlum olub ki, onlardan altısı Madaqaskarda, biri Afrikada, digəri isə Avstraliyanın şimal-qərbində yayılıb.

Alimlər nəsli kəsilməkdə olan iki Malaqas növünün, o cümlədən Madaqaskarın ən böyük və ən məşhur nəhəng baobabının mühafizə statusunun yaxşılaşdırılmasına çağırış ediblər.

Seçilən
371
18
publika.az

10Mənbələr