Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ile birgə mətbuat konfransı zamanı bildirib.
O həmçinin, Bakı-Tbilisi-Kars dəmir yolunun yenidən tam potensialı ilə fəaliyyətə başlaması istiqamətində işlərin davam etdiyini deyib.
Ərdoğan qeyd edib ki, Türkiyə ilə Gürcüstan arasında digər vacib infrastruktur və enerji layihələrində əməkdaşlıq mövcuddur.