Kalininqradda üç nəfər qanunsuz miqrasiya kanalı təşkil etməkdə şübhəli bilinir.
32gun.az bildirir ki, bu barədə Sledkom rəsmi Telegram kanalında məlumat verib .
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, şübhəlilər əcnəbilərə tarix, Rusiya qanunvericiliyinin əsasları və rus dilini bilmələrini təsdiq edən sənədlər veriblər . Halbuki, əslində vətəndaşların belə biliyi yox idi. Daha sonra sənədlər Daxili İşlər Nazirliyinə təqdim edilib.
“Bu cinayət əməlləri ən azı 100 əcnəbi vətəndaşa bölgədə qalmaq hüququ üçün icazələrin verilməsinə səbəb olub”, - deyə qeyd edilib.
Nəticədə 3 nəfər saxlanılıb və barələrində cinayət işi başlanıb. Şübhəlilərin yerli şirkətin baş direktoru, ali təhsil müəssisəsinin Dil Sınaq Mərkəzinin əməkdaşı, həmçinin Özbəkistan Respublikası vətəndaşı olduğu üzə çıxıb. Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarışlar aparılıb və tədbirlər çərçivəsində təqsirləndirilən şəxslərdən sənədlər götürülüb.
Artıq vətəndaşlara qarşı ittiham irəli sürülüb. Yaxın vaxtlarda onlar üçün qabaqlayıcı tədbir seçiləcək.
Ayxan
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta