AZ

Paytaxt klubu tanınmış simanı baş məşqçi postuna gətirdi

Moskva "Spartak"ının yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb.

"Ferentsvaroş”un baş məşqçisi Deyan Stankoviç Premyer Liqa təmsilçisi ilə anlaşıb.

"İnter"in və Serbiya millisinin sabiq üzvü növbəti mövsümdən "Spartak"ı çalışdıracaq. O, bu vəzifədə ötən ay istefaya göndərilən Gilyermo Abaskalı əvəz edəcək.

45 yaşlı mütəxəssis "Sampdoriya" və "Srvena Zvezda"nı da çalışdırıb. O, "Udineze" və "İnter"də köməkçi məşqçi kimi də işləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
50
sportinfo.az

10Mənbələr