AZ

Türkiyədə 28 Fevral Prosesinin generalları əfv edilib

Türkiyədə postmodern çevriliş kimi tanınan 28 Fevral Prosesinin təqsirli yüksəkrütbəli hərbçilərindən bəziləri səhhətlərindəki problemlərə görə əfv edilib.

“Report” xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq qərarı ölkənin yeni qanunvericilik və digər rəsmi elanları dərc edən Rəsmi Qəzetində diqqətə çatdırılıb.

Sənədə əsasən, 28 Fevral işi üzrə təqsirli şəxslərin həbs müddətinin qalan hissəsi səhhətlərindəki problemlərə görə ləğv edilib.

Qərara görə, cəzası ləğv edilmişlər Fevzi Türkeri, Yıldırım Türker, Cevat Temel Özkaynak, Erol Özkasnak, Çevik Bir, Hacı Sülük, Aliefter Aslan, Avni Yılmaz, Sevda Yüksel, Gülbey Sarıoğlu, Süleyman Tuna, Abdulhekim Yılmaz, Çetin Doğan ve Aydan Erol olub.

Qeyd edək ki, ehtiyatdakı ordu generalı Çetin Doğan hələ martın 1-də xəstəxanaya yerləşdirilmişdi. Aprelin 22-də xəstəxanadan çıxan 84 yaşlı Doğan həbsxanaya göndərilmişdi. Çətin Doğanın “Davamlı xəstəlik və yaşlanma” hesabatı bir il idi ki, prezident Ərdoğanın imzasını gözləyirdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
237
5
report.az

10Mənbələr