Hazırda yalnız Kirantsda qeydiyyatda olan şəxslər kəndə daxil ola bilərlər.
Publika.az xəbər verir ki, bu barədə kənd sakini Qohar Vardanyan Ermənistan mətbuatına məlumat verib.
Kirants sakinləri dünən Gürcüstana gedən dövlətlərarası yolu bağlayıb və bununla da Ermənistanla Azərbaycan arasında aparılan demarkasiya və delimitasiya prosesinin nəticələri ilə razılaşmadıqlarını bildiriblər.
Bu razılaşmaya əsasən kəndin bəzi hissələri Azərbaycanın nəzarətinə keçib.