AZ

Saxta pullarla insanları aldatma halları artırVİDEO

Son dövrlər etibarsız pullarla insanları aldatma halları artır. Bununla bağlı “Xəzər Xəbər”ə vətəndaş müraciətləri daxil olur. 

Xezerxeber.az-ın məlumatına görə, növbəti belə bir hal Oğuzda baş verib. Xeyriyyəçilik adı ilə insanlara saxta 100 manatlıqlar paylayan şəxs, onlardan qalıq məbləğ kimi 50 manatlıqları yığaraq aradan çıxıb.

Ekspertlər isə deyirlər ki, son vaxtlar bu cür saxta pullarla insanları aldadanların sayı artıb.

Vəkil Anar Ramazanov deyir ki, bu əməl cinayət hesab edilir və cəzası da yalnız azadlıqdan məhrumetmədir.

Ekspertin sözlərinə görə, əgər bu məbləğ 50 min manatdan 200 min manata qədər olarsa, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 10 ilə qədər, təkrar baş verdiyi halda isə həmin şəxs 12 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Vəkil tövsiyə edir ki, pul əskinasını qəbul edərkən daha diqqətli olmaq lazımdır.

Saxta pul ilə aldadılan şəxslər isə hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
1055
33
xezerxeber.az

10Mənbələr