AZ

Türkiyənin nəqliyyat Rəisi qəzasını BELƏ ŞƏRH ETDİ

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İran Prezidenti və bir qrup rəsmilərin helikopter qəzasını və bundan sonrakı axtarış işlərini şərh edib.

APA TRT Haber-ə istinadən xəbər verir ki, nazir qeyd edib ki, hadisə baş verən andan etibarən bütün prosesi izləyiblər.

“İran bizim dəniz və havada axtarış-xilasetmə üçün məsuliyyət daşıdığımız ərazimiz daxilində olan ölkədir. Buna görə də biz bütün hava və dəniz vasitələrinin siqnallarını izləyirik. İlk növbədə, vertolyotun siqnal verib-vermədiyini izlədik, bunun ardından dərhal İran tərəfi ilə əlaqə saxladıq. Belə məlum oldu ki, vertolyotdakı siqnal sistemi ya sönmüşdü, ya da ki, ümumiyyətlə, yox imiş”, - o bildirib.

Nazir qəzanın baş vermə səbəbi barədə danışmağın hələlik erkən olduğunu və havanın dumanlı olmasını nəzərə alaraq, bunun hələ ki qəza kimi göründüyünü diqqətə çatdırıb.

Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopter dünən qəzaya uğrayıb. Helikopterdə prezidentdən başqa xarici işlər naziri Hüseyn Əmir-Abdullahian, Təbrizin imamı Seyid Məhəmməd Əl Haşimi, Şərqi Azərbaycan valisi Malik Rəhməti və digər rəsmilər olub.

Qəza nəticəsində adları çəkilən şəxslərin hamısı həlak olub.

Hadisə ilə əlaqədar İranda 5 günlük matəm elan olunub.

Seçilən
299
50
turkustan.az

10Mənbələr