AZ

Bişkekdə əcnəbilərin hostelinə hücum edən şəxslər saxlanılıb

Bişkekin Oqonbayeva küçəsində yerləşən yataqxanada xarici vətəndaşlara qarşı quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Musavat.com 24.kg portalına istinadla xəbər verir ki, Qırğızıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, mayın 13-nə keçən gecə saat 02.00 radələrində “Vostok-5” mikrorayonunda bir qrup oğlan əcnəbi tələbələrlə görüşüb, onlardan siqaret istəyib və onlarda günah axtarmağa başlayıb.

“Uşaqlardan birinin vurmasından sonra əcnəbi tələbələr qaçmağa başlayıblar. Onlar yaşadıqları yerə - Oqonbayeva küçəsindəki yataqxanaya qaça biliblər. Bir qrup naməlum gənc əcnəbi tələbələri təqib edərək yataqxanaya daxil olub. Orada yaşayan əcnəbi vətəndaşlara qarşı zor tətbiq edərək pul və əşyalarını ələ keçiriblər. Sakinlərdən fiziki reaksiya aldıqdan sonra onlar hadisə yerindən qaçıblar”, - deyə idarədən bildirilib.

Faktla bağlı Sverdlovsk rayon polis idarəsi “soyğunçuluq” maddəsi ilə cinayət işi açıb. Araşdırma zamanı yataqxanada oğurluq edən şəxslərin şəxsiyyəti müəyyən edilib. Onların 2006-cı il təvəllüdlü M.N., 2005-ci il təvəllüdlü Ş.T., 2005-ci il təvəllüdlü N.B. olduğu ortaya çıxıb.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs qismində Qırğızıstan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 96-cı maddəsinə əsasən istintaq hərəkətləri aparıldıqdan sonra şübhəlilər tutularaq müvəqqəti saxlama təcridxanasına yerləşdiriliblər.

Cinayət işi üzrə istintaq davam etdirilir.

Xatırladaq ki, mayın 17-də axşam saatlarında Bişkekdə əcnəbilərə qarşı başlayan kortəbii etiraz aksiyası yalnız mayın 18-də səhər saatlarında başa çatıb. Polis etirazçılarla razılığa gələ bilib və onlar Çuy prospektini açıb, bir az sonra dağılıblar. Səhiyyə Nazirliyinin məlumatına görə, aksiyalar zamanı 41 nəfər xəsarət alıb.

Baş verən hadisələrə görə Pakistan 180 tələbəsini Bişkekdən təxliyə edib.

Musavat.com

Seçilən
182
50
musavat.com

10Mənbələr