AZ

"Avropanın neytral ölkələri Rusiyadan müdafiə olunmaq üçün NATO-ya daxil olmalıdır" - Böyük Britaniya müdafiə naziri

"Əgər qurd Avropa təhlükəsizliyinin arxa qapısında dayanıbsa, neytrallığa yer olmamalıdır..."
 
Söhbət o cümlədən İrlandiya, Malta, Avstriya və İsveçrə kimi ölkələrdən gedir
 
NATO üzvü olmayan, amma onun "müdafiə çətiri"ndən yararlanan neytral ölkələr bu hərbi Alyansa qoşulmalıdır.
 
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniya müdafiə naziri Qrant Şapps Londonda çıxışı zamanı bəyan edib. Məlumatı "Politico" nəşri yayıb.
 
Şapps Avropanın İrlandiya, Malta, Avstriya və İsveçrə kimi NATO-nun üzvü olmayan və neytral mövqeyə malik olan ölkələrinin adlarını birbaşa çəkməyib.
 
Lakin o, dəqiq anladıb ki, Böyük Britaniya bloka daha çox sayda ölkələrin daxil olmasına lobbiçilik edəcək.
 
"Mən Alyansın müdafiəsindən yararlanan bütün ölkələrin NATO-ya daxil olmasına tərəfdar olacağam. Avropanın bəzi ölkələri NATO-nun müdafiəsindən səmərəli şəkildə yararlanır, onlar azadlığın üstünlüklərindən zövq alır, lakin qitənin kollektiv şəkildə qorunub saxlanılmasına qoşulmur", - nazir vurğulayıb və bu zaman Rusiya təhlükəsini nəzərdə tutub.
 
"Lakin qurd Avropa təhlükəsizliyinin arxa qapısında dayanıbsa, neytrallığa yer olmamalıdır", - Şapps əlavə edib.
 
"Politico" qeyd edir ki, Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsi Avropanın bəzi neytral ölkələrini çoxdankı siyasətə yenidən baxmaq və NATO-ya qoşulmaq barədə düşünməyə vadar edib.
 
Məlum olduğu kimi, Finlandiya və İsveç son iki il ərzində artıq Alyansa daxil olub.
 
"Şappsın bəyanatı o zaman səsləndirilib ki, o, NATO üzvlərinə müdafiə xərclərinin ÜDM-in 2, 5 faizinədək artırılmasına çağırış edib. Alyansın cari məqsədi müdafiəyə ÜDM-in ən azı 2 faizi qədər xərcləməkdir, 32 NATO üzvündən təxminən üçdə ikisi buna əməl edir. 
 
Bu yaxınlarda Böyük Britaniya onilliyin sonuna bu rəqəmi 2, 5 faizədək artırmağı vəd edib, Şapps bu məsələyə iyul ayında Vaşinqtonda Alyansın 75 illiyinə həsr ediləcək sammitində təkid etməyi vəd edib", - jurnalistlər xatırladıb.
 
Rusiya tərəfindən NATO ölkələri üçün təhlükə-son xəbərlər
 
Bundan öncə general-mayor Ceyms Martin güman edib ki, Böyük Britaniya, ehtimal ki, tammiqyaslı savaşa tam hazır deyil.
 
O, vuğulayıb ki, Britaniya ordusu uzun illər diqqətini üsyançılarla mübarizəyə yönəltməsindən sonra "lazımi məcraya dönməyə" cəhd edir.
 
"Ukraynada müharibə və bütün Avropa üçün Rusiya təhlükəsi şəraitində ordu öz diqqətini müharibəyə hazırlığa yönəldib.
 
Bu həftə minlərlə britaniyalı hərbi qulluqçu qərbi Polşada NATO-nun "soyuq müharibə" dövründən bəri ən böyük hərbi təlimlərində iştirak edib", - bunu "The Telegraph" nəşri yazıb.
 
"Politico" nəşrinin analitikləri həmçinin hesab edir ki, Britaniya və Fransanın "nüvə çətirləri" Avropanı Rusiyadan qoruya bilməz.
 
Əgər Rusiya, məsələn, Baltikyanı ölkələrə qarşı öz nüvə silahından istifadə edərsə, analitiklərin fikrincə, Böyük Britaniya cavab zərbəsi endirəcək, çünki sonradan özünü qoruya bilməyəcək.
Seçilən
215
50
moderator.az

10Mənbələr