AZ

ABŞ-ın İsrailə hərbi köməyi davam edəcək...

Birləşmiş Ştatların nümayəndələr palatasının xarici işlər komitəsi mayın 22-də, Ağ Evin İsrailə hərbi kömək etməsində yaranmış fasilənin aradan qaldırılması ilə bağlı qanun layihəsini dəstəkləməsi, Konqressə bu yolda "yaşıl işıq" yandırılacağına ümid verir. Bu barədə komitənin saytında məlumat verilib.

 "Bu qanun layihəsi, iki dövlətin hakimiyyəti arasında olan tarixi inamın və açıq münasibətlərin bərpa olunmasına yönəlib"- deyə qanun layihəsinin dinləmələrində çıxış edən respublikaçı Maykl Makkol bəyan edib.

 Qanun layihəsinin mətninə görə, ABŞ prezidentinin Konqressin razılığı olmadan,  İsrailə hərbi köməklik göstərilməsini dayandırmaq, gecikdirmək və ləğv etmək səlahiyətləri olmayacaq. Prezident bu məsəlylə bağlı ən azı 15 gün əvvəl əsaslandırılmış arqumentlərini Konqressə təqdim etməlidir. 

Rüstəm Hacıyev

Seçilən
155
50
adalet.az

10Mənbələr