AZ

Hindistanda kimya fabrikində partlayış baş verib, 6 nəfər ölüb

Hindistanın mərkəzi Maharaştra ştatında kimya fabrikində baş verən güclü partlayış nəticəsində 48 nəfər yaralanıb, 6 nəfər ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "The Indian Express" qəzeti məlumat yayıb.

Zavodun qazanxanasında partlayış baş verib, bundan sonra yanğın bütün zavodu əhatə edib. Hadisə yerində xilasedicilər işləyir.

Partlayışın mümkün səbəbi, ilkin məlumatlara görə, Hindistanın mərkəzində güclü istilər səbəbindən qazanxananın həddindən artıq istiləşməsi ola bilər. Bu günlərdə Maharaştrada temperatur 40 dərəcəni keçib.

Seçilən
278
50
report.az

10Mənbələr