AZ

“Cümhuriyyətin qurucuları onun fəaliyyətinin davamlı olması üçün çox çalışdılar” - Muxtar Nağıyev

“Azərbaycanın görkəmli ziyalılarının birgə səyləri nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin əsas qoyuldu. Bu qərar isə Azərbaycan İstiqlal Bəyannaməsi kimi bütün dünyaya bəyan edildi. Cümhuriyyətimiz Tiflisdə elan olunsa da, burada uzun müddət fəaliyyət göstərə bilmədi və Gəncəyə köçürüldü. Burada fəaliyyət göstərdiyi zaman ərzində çox mühüm işlər görüldü. İlk dəfə müsəlman Şərqində Azərbaycanda parlament tipli respublika yaradıldı”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev deyib.

O bildirib ki, cümhuriyyət dövründə sərhədlərimiz müəyyən edildi, ordumuz formalaşdırıldı: “Ən əsası isə ilk dəfə olaraq Azərbaycan dili dövlət dili elan olundu. Cümhuriyyətə qarşı həm ölkə daxili, həm də xaricində əks fəaliyyət göstərən, cümhuriyyətin süqutunu gözləyən qüvvələr mövcud idi. Cümhuriyyətin qurucuları onun fəaliyyətinin davamlı olması üçün çox çalışsalar da, bu yalnız 23 ay davam edə bilmədi. Cümhuriyyət süqut etsə də, insanların qəlbində artıq müstəqillik arzusu oyanmışdı. Məhz bunun nəticəsi idi ki, xalq yenidən müstəqillik üçün ayağa qalxdı və Ulu Öndəri hakimiyyətə dəvət etdi.

Həqiqətən də Azərbaycanı yenidən məhz Ümummilli Lider Heydər Əliyev ayağa qaldıra bilərdi. Onun uzaqgörən siyasətinin müsbət nəticələrini biz bu gün də görürük. Ulu Öndər cümhuriyyətə də böyük dəyər verir, hər il 28 may günü xüsusi olaraq qeyd olunurdu. Hansı ki, bu ənənə ölkə başçısı İlham Əliyev tərəfindən də davam etdirilir və 2018-ci il Cümhuriyyətin 100 illiyi münasibətilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu. Bu da bir daha Azərbaycan dövləti və dövlət rəhbərinin tariximizə verdiyi qiymətin göstəricisidir”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
42
1
sia.az

2Mənbələr