AZ

"Fənərbağça" Panatinaikos"a, "Real Madrid" "Olimpiakos"a qarşı - Avroliqada “Dördlər finalı”

Bu gün basketbol üzrə Avroliqada “Dördlər finalı”na start veriləcək. SİA xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi "Fənərbağça" doğma meydanda Yunanıstanın "Panatinaikos" komandasını qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Yarımfinalın digər görüşündə İspaniyanın "Real Madrid" komandası Yunanıstanın digər təmsilçisi "Olimpiakos"u sınağa çəkəcək. Bu matçın start fiti isə Bakı vaxtı ilə saat 23:00-da çalınacaq.

Qeyd edək ki, “Dördlər finalı”na Almaniyanın paytaxtı Berlin ev sahibliyi edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
2
sia.az

3Mənbələr