AZ

Deputat ailəli və uşağı olan qadınların işdən bir saat tez çıxmasını təklif edib

Bakı. Trend:

Ailə Məcəlləsinə ailəli, uşaqlı qadınların işə 1 saat gec gəlib,işdən isə 1 saat tez getməsini maddənin salınmasını vacib hesabedirəm.

Trend xəbər verir ki, bunu Milli Məclisin bu gün keçiriləniclasında deputat Tahir Rzayev deyib.

Deputat bildirib ki, qadınlar səhər uşaqlarını məktəbə yolasalır, həyat yoldaşlarına çay süfrəsi hazırlayıb işə vaxtındagetməsini təmin edir.

"İşdən gəldikdən sonra isə ev işləri ilə, uşağının dərsləri iləməşğul olur. Ona görə də özün baxmağa və istirahət etməyə vaxttapmır. Qaça-qaça işə gedir, tələsik gəlir, yeməyi vaxtında yeyəbilmir, bəzən ərinin qayğıları ilə lazımınca məşğul ola bilmir,təntiyir, yorulur, əldən düşür. Bəzi qadınlarımız Sumqayıtdan,Mərdəkandan Bakının mərkəzinə işə gəlir. O zaman onların hansıvəziyyətdə olmasını təsəvvür edə bilərsiz", - deyə deputatbildirib.

Məqalədə:
Seçilən
88
28
az.trend.az

10Mənbələr