AZ

MGH-də istehsalat təcrübəsi keçən tələbələr üçün növbəti təlim keçirilib - FOTO

22 may 2024-cü il tarixində Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən 1 nömrəli Bakı Tibb Kolleci və 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri üçün Dövlət Gömrük Komitəsinin Tibbi xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzi tərəfindən hazırlanmış Təlim Fəaliyyət Planına uyğun olaraq növbəti təlim keçirilib. SİA xəbər verir ki, təlim zamanı Mərkəzi Gömrük Hospitalının uzman həkim infeksionsti Mədinə Abdullayeva “Xəstəxanadaxili infeksiyalarının qarşısının alınması” mövzusunda təqdimatla çıxış edib.

Mədinə Abdullayeva təqdimat zamanı xəstəxanadaxili infeksiyaların yoluxma yolları və mübarizə tədbirləri haqqında ətraflı məlumat verib. Təlim zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb.
Təlim xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
1
sia.az

2Mənbələr