AZ

Ceyhun Bayramov TBMM-nin komissiya sədrini qəbul etdi

Bakı. Trend:

24 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin Millitəhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri MahmutÖzərin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən Trend-ə verilənxəbərə görə, görüş zamanı qardaş Azərbaycan və Türkiyə arasındamüttəfiqlik münasibətlərinin ən yüksək səviyyədə olmasındanməmnunluq ifadə edilib, münasibətlərin əsasında xalqlarıbirləşdirən ortaq dil, tarix, din və milli-mənəvi dəyərlərindayandığı vurğulanıb.

Gələcək əməkdaşlıqlara və həmrəyliyə təkan verən, ŞuşaBəyannaməsi ilə taclandırılan və xalqlarımızı birləşdirən stratejimünasibətlərin Cənubi Qafqaz regionunda dayanıqlı sülh və inkişafıntəmin edilməsində əsas faktor olduğu, Azərbaycan və Türkiyəəməkdaşlığı nəticəsində regional və qlobal ölçülü layihələrinhəyata keçirildiyi qeyd edilib.

Naziri Ceyhun Bayramov müxtəlif səviyyəli qarşılıqlı səfərlərinmünasibətlərin daha da gücləndirilməsinə töhfə verdiyinivurğulayıb. O, Azərbaycan Türkiyə əməkdaşlığının dünyada bənzəriolmayan münasibətlər olduğunu, hər iki ölkə rəhbərinin siyasiiradəsi nəticəsində hazırda bu əlaqələrin ən yüksək tarixi zirvəyəçatdığını vurğulayıb.

Türkiyənin hər zaman Azərbaycanın yanında olduğu, bütünsahələrdə qarşılıqlı dəstək göstərildiyi qeyd edilərək,Azərbaycanın şanlı qələbəsinin bütün Türk dünyası üçün böyükəhəmiyyət kəsb etdiyini ifadə edib.

Nazir Ceyhun Bayramov həmçinin təhsil sahəsində iki ölkəarasında mövcud əməkdaşlığın Azərbaycan-Türkiyə Universitetininyaradılması ilə daha da gücləndiriləcəyinə əmin olduğunu qeydedib.

Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsbedən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
26
az.trend.az

10Mənbələr