AZ

Paşinyan əvvəlcədən hazırladığı xalqa müraciətin mətnini dəyişib - Media

Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciət üçün mətn hazırlayıb, lakin son anda fikrini dəyişib və tamam başqa mesaj oxuyub. Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti öz mənbələrinə istinadən xəbər verib. Nəşr qeyd edir ki, mayın 24-ü axşam Paşinyan xalqa müraciət edib, sərhədlərin delimitasiyası prosesindən, “real” və “tarixi” Ermənistandan danışıb, əslində hazırladığı vacib şey istisna olmaqla, hər şey haqqında danışıb. Qəzetə daxil olan məlumata görə, hökumət başçısı sərhədin delimitasiyasına mane olan qüvvələrə müqavimət göstərməklə, o cümlədən ölkədə fövqəladə vəziyyət elan etməyə qədər sərt tədbirlər görüləcəyi ilə bağlı bəyanatla çıxış etmək niyyətində olub. Qəzetin yazır ki, Paşinyanın təqdim etdiyi tezisləri nəzərə alsaq, onun xarici dünyaya açıq siqnal verdiyini söyləmək olar: Bazar günü mitinqə nə qədər adam toplaşsa da, hakimiyyət nəyin bahasına olursa olsun, hələ də davam edən sərhədlərin delimitasiyası prosesini başa çatdıracaq. “Paşinyan mesajı belə olub: yol nə qədər çətin və tikanlı olsa da, delimitasiya aparılacaq”, - deyə nəşr bildirir. Qəzetin mənbələrinin məlumatına görə, baş nazir əvvəlcə mesajının böyük hissəsini arxiyepiskop Baqrat Qalstanyana və onun rəhbərlik etdiyi hərəkata həsr etmək niyyətində olsa da, son anda fikrini dəyişərək müraciətin mətnindən bu hissəni çıxarıb. Onun sərhədin delimitasiyasına mane olmağın dövlətçiliyə qəsd olduğunu, hətta fövqəladə vəziyyətin tətbiqi bahasına belə bazar mitinqinin dağıdılmalı olduğunu bəyan etmək niyyətində olduğuna dair sübutlar da var. Hökumət mənbələri qəzetə bildiriblər ki, Paşinyan bu məsələ ilə bağlı təhlükəsizlik orqanlarının rəhbərləri ilə məsləhətləşib, lakin onlar onu fövqəladə vəziyyətin tətbiqi ideyasından əl çəkməyə çağırıblar. "Belə ki, Paşinyan bir mətn hazırlayıb, tamam başqa mətn oxuyub və bu səbəbdən də mesaj gözlənilənlərin əksinə olaraq, mənasız olub", - deyə qəzet qeyd edib. Xatırladaq ki, Paşinyan mesajında ​​bu gün Ermənistanda baş verənləri izah etmək qərarına gəlib. Onun fikrincə, əvvəllər Vətən - “vəd edilmiş torpaq” axtarışları Ermənistandan kənarda aparılırdı. Təsdiq olaraq, Paşinyan tarixə qısa ekskursiya edib, müxtəlif dövrləri - Artaşesidlər, Arşakilər, Baqratidlər sülalələrinin hakimiyyətini, Kilikiya və Sovet Ermənistanı dövrlərini sadalayıb. İndi hökumət vətən və dövlətçilik anlayışlarını bərabərləşdirməyə çalışır və “suveren Ermənistanın real gündəmə çevrilməsi üçün mümkün olan hər şeyi edir” deyə o, çıxışına Tavuşdakı delimitasiya mövzusu ilə başlayıb. Qadir, Bizimyol.info

Seçilən
155
50
bizimyol.info

10Mənbələr