AZ

Dünya ölkələrinin təəccübləndirən qadağaları

Cəmiyyətdə asayişi qorumaq üçün dünya ölkələrinin müəyyən qadağaları vardır. Amma bəzi qadağalar eşidənləri təəccübləndirir. Saqqız çeynəmə qadağasından tutmuş ketçup qadağasına qədər...

Day.Az "Unikal"a istinadən dünya ölkələrin təəccübləndirən qadağalarını təqdim edir:

1. Fransa
Fransada məktəb bufetlərində ketçup istehlakı qadağan edilib. Şagirdlər həftədə yalnız bir dəfə kartof qızartması ilə ketçup istehlak edə bilərlər.

2. ABŞ
Vermont ştatında qadınların diş protezləri üçün ərlərindən yazılı kağız almaları tələb olunur. Əks halda diş protezləri qoyula bilməz.  

3. Çin
Çində boğulan insanı xilas etməyə çalışmaq taleyə müdaxilə hesab edildiyi üçün qadağandır.

4. Birləşmiş Krallıq
İngiltərədə küçədə xalçaları çırpmaq qadağandır. Ancaq səhər saat 8-dən əvvəl bu işi görə bilərsiniz.

5. Yunanıstan
Yunanıstanın tarixi ərazilərində dikdaban ayaqqabı geyinmək qadağandır. Dünyanın bir çox muzeyində qüvvədə olan bu qadağa Yunanıstanın tarixi bölgələrində də tətbiq edilir.
Ətraflı

6. İsveçrə
İsveçrə heyvanların hüquqlarının qorunmasında ən həssas ölkələrdən biridir. Hətta, ölkədə hürən iti belə danlamaq qadağandır.

7. Sinqapur
Sinqapurda saqqız çeynəmək qadağandır. Sinqapur "təmiz və yaşıl" şəhər imicini qorumaq üçün yerə atılan saqqızların öhdəsindən gələ bilmədiyi üçün saqqızı tamamilə qadağan etməyi seçib. Zibil atmaq və küçə divarlarına qraffiti çəkmək də ölkədə qadağandır.

8. Rusiya
Əgər Rusiyada çirkli maşın sürsəniz, çox güman ki, cərimələnəcəksiniz. Ölkə müntəzəm təmizlənməyən avtomobillərə qarşı çox həssasdır.

9. Avstraliya
Əgər sehrbaz deyilsinizsə, Avstraliyada dovşan saxlaya bilməzsiniz. İstilaçı növ hesab edilən dovşanlara Avstraliyada yalnız Queenslan və ətraf ərazilərdə rast gəlinir.

10. İtaliya
Milanda ictimai yerlərdə bədbin olmaq qadağandır. Xəstəxana işçiləri və dəfn mərasimləri bu çox köhnə və qüvvədə olan qanundan azaddırlar.

Seçilən
401
2
day.az

10Mənbələr