AZ

Cənubi Koreya və Çin əməkdaşlığı möhkəmləndirirlər

Cənubi Koreya və Çin əməkdaşlıq və mübadilələri gücləndirməyə və qarşılıqlı hörmətə əsaslanan ümumi maraqları davam etdirməyə davam edəcəklər.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Koreya Respublikasının Prezidenti Yun Sok-yol Çin Xalq Respublikasının (ÇXR) Dövlət Şurasının Baş naziri Li Syan ilə görüşündə deyib.

O qeyd edib ki, son vaxtlar ölkələr nazirlər səviyyəsində müxtəlif sahələrdə dialoqu bərpa edib, regional iqtidar orqanları arasında mübadilələr intensivləşib: “Ümid edirəm ki, Koreya Respublikası və Çin gələcəkdə əməkdaşlığı gücləndirməkdə və mübadilələri inkişaf etdirməkdə davam edəcək və qarşılıqlı hörmətə əsaslanan ümumi maraqlar üçün səy göstərəcəklər”

Qeyd edək ki, mayın 26-da Li Syan Seula səfərə gəlib, ertəsi gün Yun Sok-yol və Yaponiyanın Baş naziri Fumio Kişidanın iştirakı ilə üçtərəfli sammit keçiriləcək. Bu, 2019-cu ilin dekabrından bəri bu formatda ilk üçtərəfli görüş olacaq.

Prezident Yun Sok-yolun bazar günü Yaponiyanın Baş naziri ilə görüşü planlaşdırılır.

Seçilən
202
50
musavat.com

10Mənbələr