Gürcüstan parlamentinin prezident Salome Zurabişvilinin vetosunu aşaraq qəbul etdiyi xarici agentlər haqqında qanun Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük şərtlərini yaxşılaşdıracaq.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə respublikanın baş naziri İrakli Kobaxidze mətbuat konfransında bildirib.
"Şəffaflıq Qanunu Gürcüstanın Avropa İttifaqına üzvlüyünü təmin etmək üçün daha yaxşı zəmin yaradacaq. Artıq qeyd olunduğu kimi, 2030-cu ilə qədər Gürcüstan Avropa İttifaqına üzv olmağa bütün namizəd ölkələrdən daha yaxşı hazır olacaq və Gürcüstan da birliyin üzvü olacaq", - Kobaxidze bildirib.
O, həmçinin qeyd edib ki, bu sənəd ölkəni sakitləşdirməyə və onun suverenliyini möhkəmləndirməyə kömək edəcək.