AZ

Paşinyan sülh sazişinin tezliklə imzalanmasını istəyir, çünki...

"Son aylarda Ermənistan baş naziri Nikol Paşinyanın siyasətində, söz və hərəkətlərində ardıcıllıq müşahidə olunur".

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında politoloq Qulamhüseyn Əlibəyli deyib.

Ekspert bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu göstərir:

"Nəzərə alaq ki, Nikol Paşinyan hazırda Fransa kimi qərəzli ölkələrin, Rusiyanın, o cümlədən erməni lobbisinin, revanşistlərin və kilsənin təzyiqlərinə məruz qalmaqdadır. Bu da onu göstərir ki, Paşinyan sülhdə maraqlıdır və bu istiqamətdə əməli addımlar atır. Elə ona görə də baş nazirə qarşı təzyiqlər artmaqdadır”.

Müsahibimizə görə, Paşinyan Azərbaycanla sülh sazişinin tezliklə imzalanmasını istəyir, çünki başa düşür ki, Ermənistanın xilası Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan asılıdır. İndiki şəraitdə Azərbaycan və Türkiyə ilə düşmənçilik edən, müharibə vəziyyətində olan bir ölkə inkişaf edə bilməz:

“Revanşistlərin, kilsənin ağlı hələ də 1990-cı illərdədir. Keçmiş günlərdən, "Böyük Ermənistan" xülyasından xilas ola bilmirlər. Erməni müxalifəti Azərbaycan dövlətinin 30 il əvvəlki durumda olmadığını dərk etməkdə çətinlik çəkirlər. Daha doğrusu, onlar üçün acı ola reallığı qəbul etməməkdə dirənirlər. Ancaq bu, revanşistlərin son çırpınışları, son gedişləridir. Onların Paşinyan hökumətini devirmək, ona təsir göstərmək imkanları sıfıra bərabərdir. Revanşistlər son "döyüşlərinə" giriblər. Yəqin, onları meydana sürənlərə sübut etməyə çalışırlar ki, "biz döyüşdük, mübarizə apardıq, amma erməni cəmiyyəti bizi müdafiə etmədi". Ermənistan cəmiyyəti etirazçıları müdafiə etmir və etməyəcək".

Qulamhüseyn Əlibəyli: Sülh Ermənistanın qurtuluşu, dirçəlişidir

Həmsöhbətimiz vurğulayıb ki, yaxın zamanda sülh sazişinin imzalanması ehtimalı böyükdür:

"Artıq Paşinyan da başa düşür ki, sülh Ermənistanın qurtuluşu, dirçəlişidir. Münaqişə və müharibə Ermənistana, ermənilərə müsbət heç nə verməyib. Tədricən, erməni toplumu da bunu anlayır və İrəvan hökumətinə dəstək verir. Ermənistan hərbi-siyasi cəhətdən Azərbaycanla mübarizə aparmaq iqtidarında deyil. Bu da sülhü yaxınlaşdıran ən mühüm amillərdən biridir. Paşinyan sülhə doğru addımlayır və revanşistlər onu durdurmaq gücünə sahib deyil".

Aydın Baxış

Seçilən
150
50
bakivaxti.az

10Mənbələr