AZ

“Finans İnvest” BOKT-un zərəri daha da artıb

“Finans İnvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 139 min manat zərərlə başa vurub. 2022-ci ildə BOKT-un zərəri 111 min manat olub ki, bu da illik müqayisədə 25% artımdır.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Finans Invest” BOKT-un faiz gəlirləri 20 764  manat (əvvəlki ilə nisbətən 70% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Finans Invest”in aktivləri 1 milyon 316 min manat olub ki, bu da illik müqayisədə 13% azdır. Bunun 1 milyon 66 min manatı müştərilərə verilmiş xalis kreditlərdir.

Xatırladaq ki, “Finans İnvest” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 330 min manatdır.

Seçilən
176
50
banker.az

10Mənbələr