AZ

Ukraynanın Nikopol rayonu PUA və artilleriya ilə atəşə tutulub

İyunun 8-nə keçən gecə Rusiya qüvvələri Nikopol rayonunu kamikadze PUA-larla və artilleriyadan atəşə tutub.

“İki sahil” xəbər verir ki, ​ bu barədə Ukraynanın Dnepropetrovsk Regional Hərbi Administrasiyasının rəhbəri Serxii Lısak “Telegram”da məlumat verib.

Onun sözlərinə görə, nəticədə bir nəfər - 70 yaşlı kişi həlak olub.

Kommunal müəssisə, infrastruktur obyekti və inzibati binaya ziyan dəyib. Şəxsi ev dağılıb, daha beş nəfər xəsarət alıb.

Məhəeeəm Ağalaroğlu, “İki sahil”

Seçilən
114
ikisahil.az

1Mənbələr