İyunun 8-nə keçən gecə Rusiya qüvvələri Nikopol rayonunu kamikadze PUA-larla və artilleriyadan atəşə tutub.
“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın Dnepropetrovsk Regional Hərbi Administrasiyasının rəhbəri Serxii Lısak “Telegram”da məlumat verib.
Onun sözlərinə görə, nəticədə bir nəfər - 70 yaşlı kişi həlak olub.
Kommunal müəssisə, infrastruktur obyekti və inzibati binaya ziyan dəyib. Şəxsi ev dağılıb, daha beş nəfər xəsarət alıb.
Məhəeeəm Ağalaroğlu, “İki sahil”