“Ermənistan Azərbaycanla böyük sülh sazişini imzalamaq istəyirsə, ilk növbədə mövcud konstitusiyasına dəyişikliklər etməlidir”.
Bunu Moderator.az-a açıqlamasında politolq Sona Əliyeva bildirib. Ekspert qeyd edib ki, bunsuz etibarlı sülhün təminatı mümkün olmayacaq:
“Azərbaycana və Türkiyəyə qarşı olan ərazi iddialarından əl çəkməlidir. Bu baş vermədikdə sülh müqaviləsindən danışmaq yersizdir. Deməli, Ermənistan istənilən vaxt hər iki ölkəyə qarşı ərazi iddiaları ilə çıxış edə bilər. Ona görə də bu məsələyə birdəfəlik son qoymaq lazımdır.
Nikol Paşinyan hakimiyyəti tezliklə mövcud Ermənistan konstitusiyasını dəyişdirməlidir. Düşünürəm ki, Ermənistan buna getməsə, o zaman təkcə Azərbaycan və Türkiyəni deyil, Gürcüstan və İranı da böyük təhlükə gözləyir.
Erməni separatizmi və uydurma "böyükermənistançılar" Cavaxetiya bölgəsinin Ermənistanın ərazisi olduğunu iddia edirlər. Bu iddia indi də Ermənistanda aktualdır. Eyni zamanda, ermənilər İranın şimali-qərb ərazisinin də bir hissəsini "böyük Ermənistan"ın bir parçası sayırlar. Bu baxımdan, hesab edirəm ki, Ermənistan konstitusiyasının təcili dəyişdirilməsi ilə bağlı təkcə Azərbaycan və Türkiyə deyil, həm də İranla Gürcüstan təzyiq rıçaqlarını artırmalıdırlar”.
Seymur ƏLİYEV