AZ

Polis ingilis futbolçulara qarət təhlükəsi barədə xəbərdarlıq etdi

Polis və təhlükəsizlik rəsmiləri İngiltərə yığmasının oyunçularına AÇ-2024-də çıxışları zamanı evlərinin qarət edilə biləcəyini bildirib.

Arena.az “The Telegraph” nəşrinə istinadən məlumat verir ki, əlaqədar qurumlar yığma komandanın oyunçularını bu təhlükədən sığortalanmaq üçün müvafiq surətdə məlumatlandırarq, təlimatlandırıblar.

Mənbənin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları futbolçulara Almaniyada olduqları müddətdə evlərinin təhlükəsizliyini təmin etmək üçün etməli olduqları fəaliyyət mexanizmini izah edərək, xüsusları incələyiblər.

Xatırladaq ki, İngiltərədə çıxış edən futbolçuların evlərinin bir neçə dəfə qarət edilməsi hadisəsindən sonra bəzi futbolçuların evlərində təhlükəsizlik sistemini gücləndirdiyi vurğulanır. Məsələn, bundan əvvəl “Mançester Siti”nin vingeri Cek Qriliş və “Nyukasl”ın hücumçusu Aleksander İsakın evləri qarət edilmişdi.

Seçilən
148
19
arena.az

10Mənbələr