AZ

Son 3 ildə ən çox bu məhsullar BAHALAŞIB - QİYMƏTLƏR

Azərbaycanda son 3 ildə (2021-2023-cü illər) ən çox bahalaşan məhsullar tərəvəzlər olub.

 

Gündəm.az rəsmi statistikaya istinadən xəbər verir ki, üç il ərzində tərəvəzlərin ümumi dəyəri 124,8 faiz, yəni 2,25 dəfə artıb. Tərəvəzlərin dəyəri daha çox 2022-ci ildə yüksəlib.

 

Qeyd edilən dövrdə tərəvəzlərin ümumi qiymət səviyyəsi 2021-ci illə müqayisədə 56,1 faiz artıb. Bununla belə 2021 və 2023-cü illərdə də tərəvəzlərdə bahalaşma sürəti aşağı olmayıb. Tərəvəzlərin qiymət səviyyəsi 2021-ci ildə 24,7 faiz, 2023-cü ildə 15,5 faiz artıb.

 

Üçillik bahalaşmadan sonra əhalinin xərclərində tərəvəzlərə ayrılan vəsait kəskin şəkildə yüksəlib. 2020-ci ildə 100 manata alınan tərəvəz məhsullarını 2023-cü ilin sonunda almaq üçün 225 manat lazım gəlib.

 

Qeyd edək ki, məhz tərəvəzlərdəki belə bahalaşmaya görə ərzaq qiymətləri də üç il kəskin şəkildə artıb və yalnız tərəvəzlərdə qiymət artımının səngiməsi ümumən ərzaq qiymətlərindəki sürətli artımı dayandırıb. (sfera.az)

Seçilən
141
1
gundem.az

2Mənbələr