AZ

Energetika naziri Qaxda vətəndaşları qəbul edəcək

İyunun 28-də energetika naziri Pərviz Şahbazov Qax, Şəki, Oğuz, Qəbələ, Zaqatala, Balakən rayonlarından olan vətəndaşları qəbul edəcək.

525.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, qəbul saat 12:00-dan başlayaraq Qax rayon Heydər Əliyev Mərkəzində (ünvan: Qax şəhəri, Nəriman Nərimanov küçəsi 4) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şəki filialı (əlaqələndirici şəxs: Asim Məmmədov, əlaqə telefonları: (+99424) 245-21-35, (050) 378-28-46, email: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.






















Bizi İnstagramda izləyin

Seçilən
223
4
525.az

4Mənbələr