AZ

İlham Əliyev Fələstin məsələsində Azərbaycanı ittiham edənlərə açıq mesaj verdi - İNCƏLƏMƏ

Azərbaycan Prezidenti İlham Əliyevin Misir səfərində gündəlik çox zəngin olub. Dövlət başçısı Qahirədə keçirdiyi bir sıra görüşlərdə önəmli mesajlar verib, iki ölkı arasında bütün əlaqələrin ən üst səviyyədə inkişafda olduğunu vurğulayıb. Azərbaycan lideri Misirlə Azərbaycan arasında dini-mənəvi sahədə əməkdaşlığın gücləndiyini bildirib. Bu təmaslar bir daha göstərir ki, Misir və Azərbaycan dünyada islam həmrəyliyinin möhkəmlənməsinə və mötədil islamın inkişafına mühüm tohfə verirlər.İyunun 8-də Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi mətbuata bəyanatlarla çıxış ediblər.Azərbaycan Prezidenti çıxışında bildirib ki, bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək: "Beynəlxalq məsələlərin müzakirəsi zamanı aydın oldu ki, fikir ayrılığımız yoxdur. Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür.Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi, bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Bu gün Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. Mən Prezident əs-Sisiyə bildirdim ki, biz Misirin bu istiqamətlərdəki səylərini dəstəkləyirik və Misir tərəfindən irəli sürülmüş təşəbbüslər diqqətə alınmalıdır".Bəyanatdan da göründüyü kimi Azərbaycan həmişə islam dünyasının diqqətində olan məsələlərə böyük önəm verir. Fələstin məsələsində də həmişə ədalətli və prinsipial mövqeyini qoruyub. Azərbaycan Fələstin məsələsinin 1967-ci il sərhədləri şərqi əl-Qüds paytaxt olmaqla iki dövlət prinsipi əsasında həllinin tərəfdafıdır. Azərbaycan Qoşulmama Hərakatının sədri olarkən də bu prinsiplərin təşviqinə daim önəm verib. Son zamanlar irəli sürülən bəzi iddialara baxmayaraq, Azərbaycanın ərəb islam dünyasının mərkəzlərindən biri olan Misirdə bu prinsipial mövqeyini səsləndirməsinin əlahiddə əhamiyyəti var.Azərbaycanın xarici siyasəti, dünyada bütün istiqamətlər üzrə əməkdaşlığın inkişafına yönəlmiş siyasi kursun uğurları aydın görünür. Azərbaycanın istər ABŞ, istər Rusiya, həmçinin region ölkələri, İran, Mərkəzi Asiya, Yaxın Şərq, Avropa İttifaqı ölkələri ilə əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan Prezidentinin Misirə səfəri həm də Azərbaycanın ərəb dünyası ilə əlaqələrinin yüksək səviyyədə olduğunu göstərdi.Sherg.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı Prezidentin Misir səfərinin əhəmiyyətli hadisə olduğunu qeyd edib. Politoloq bildirib ki, Qahirə görüşündə müzakirə olunan önəmli mövzulardan biri də İsrail-Fələstin münasibətləri olub:"İlham Əliyev Sisi ilə görüşdə bəyan etdi ki, müstəqil Fələstin dövləti qurulmalı, Şərqi Qüds onun paytaxtı olmalıdır. Qəzzada baş verənləri faciə adlandıran Prezident müharibənin dayandırılması, danışıqların başlanması çağırışını edib.Azərbaycan müstəqillik və Qüds məsələsində Fələstinə daim dəstək verib, həmçinin, bu ölkəyə iqtisadi yardımlar da edib. İsraillə münasibətlərdə də Fələstin amilini nəzərə alıb. Misal üçün qeyd edə bilərik ki, İsraildə səfirliyimizin açılış mərasimində iştirak edən xarici işlər naziri ardınca Fələstinə səfət etdi. Buna rəğmən, Fələstin məsələsinə görə rəsmi Bakını zaman-zaman ittiham altına salmaq cəhdləri edilir, xüsusilə İran bu prosesdə aktivdir. Son olaraq, İstanbulda Fələstin bəhanəsi ilə SOCAR-a hücumda da İrana bağlı qruplar iştirak edirdi. Ümumiyyətlə Fələstin məsələsi İran tərəfindən İraillə qarşıdurmada alət olaraq istifadə edilir. Bu “aləti” mütəmadi olaraq Azərbaycana qarşı da yönəltməyə çalışırlar.Əliyevin bəyanatı isə təkcə Qəzzada baş verənlərə ədalətli yanaşmanın sərginlənməsi yox, həm də Fələstin məsələsində Azərbaycanı ittiham edənlərə açıq mesaj xarakteri daşıyır".

Seçilən
122
1
patriot.az

2Mənbələr