AZ

Sümüklərin sağlam olması üçün: 2 məhsuldan vaz keçin

Qeyri-sağlam qidalanma insan orqanizminə, o cümlədən skelet sisteminə mənfi təsir göstərir. 

“Cebhe.info” xəbər verir ki, bunu tanınmış travmatoloq Rüstəm Əfəndiyev bildirib. O deyib ki, iki məhsul xüsusilə zərərlidir:

“Maya çörəyi və şəkər gündəlik qida rasionundan xaric edilməlidir. Şəkər mineralların udulmasına mane olan bağırsaq mikroflorasına mənfi təsir göstərir. Həkimin sözlərinə görə, dənli bitkilərin tərkibində olan fitik turşusu da mineralların sorulmasına mane olur. O, həzm fermentlərini bloklayır”.

Həkim şəkəri qurudulmuş meyvələrlə, bal, mürəbbə, maya çörəyi turş çörək, çovdar çörəyi ilə əvəz etməyi məsləhət görüb. Ümumiyyətlə, o, daha çox tərəvəz və göyərti yemək lazım olduğunu vurğulayıb.

Seçilən
210
3
cebheinfo.az

4Mənbələr