AZ

Ən qədim masaüstü oyun Azərbaycanda olub - Foto

Ən

Ən qədim masaüstü oyun Misirdə deyil, Qafqazda icad edilib. Araşdırmaçı jurnalist German Klimenkonun "Tech.onliner.by" saytında bununla bağlı məqaləsi dərc olunub.

Reyting.az
-ın məlumatına görə, G. Klimenko yazır ki, burada söhbət “58 dəlik” və yaxud “İtlər və çaqqallar” oyunundan gedir.

Alimlərin çoxu son vaxtlara qədər bu masaüstü oyunun eramızdan əvvəl II minillikdə Qədim Misir ərazisində meydana gəldiyinə inansa da, Cənubi Qafqazda aparılmış yeni qazıntılar köhnə nəzəriyyənin yanlış olduğunu sübuta yetirib.

G. Klimenko yazır: "Sübut olundu ki, “58 dəlik” adlanan qədim oyun Azərbaycanda oynanıla bilərdi".

"58 dəlik" oyunu quruluşuna görə oyunçuların bir-bir dirəkləri yerləşdirdiyi 58 dəliyi olan lövhədir. Sadəcə, bu oyundakı sonuncuların yuxarı hissələri it başları şəklində oyulub ki, məhz elə buna görə masaüstü oyun ikinci adını - "İtlər və çaqqallar"ı qazanıb. Burada hərəkət sırası zərb atmaq və ya saman çəkməklə müəyyən edilir.

Tədqiqatçılar müxtəlif bölgələrdə - İran, Levant, Mesopotamiya və Qədim Misirdə 80 oxşar lövhə toplayıblar. Əldə edilmiş bu oyunun nümunəsi isə ancaq axtarışlar gedən sonuncu ölkədə tapılıb. O nümunə Thebesin qərb sahilində yerləşən qədim "El Assassif" məzarlığında aşkar edilib və ola da bilsin ki, “İtlər və çaqqallar”-ın bu versiyası eləcə də Firon II Mentuhotepin məmurlarından birinə aid olub. Bununla bağlı araşdırma aparan bir çox alimlərinfikrincə, bu qədim Azərbaycan oyunubəyənilən bəzi xüsusiyyətinə görə qədim Misirə də gedib çıxa bilib.

Məhz bu səbəbdən “58 dəlik” oyunun ən qədim nümunələri Misirdə tapıldığı üçün oyunun orada icad olunduğunu güman edənlər az deyil.



G. Klimenko məqaləsində yazır:

"Hazırda köhnə nəzəriyyə tamamilə puça çıxıb və arxeoloqlar Valter Krist ilə Rəhman Abdullayevin tədqiqatları həmin ehtimalları zərərsizləşdirib. Tədqiqatçılar "58 dəlik" oyununun hələ Misirdə ortaya çıxmasından çox-çox əvvəl Asiyada, bu bölgənin cənub-qərbində oynanıldığına dair sübut tapıblar. Oyunun nümunələri Qobustanda, Ağdaşdüzündə, eləcə də Yeni Türkan, həmçinin Dübarəndidəki ərazilərdə üzə çıxıb. Krist ilə Abdullayevin fikrincə, tapılan bu lövhələrin nümunəsi Misirdə tapılan oyunlara daha oxşardır və yaxındır”.

Məqalədə xüsusi vurğulanır ki, Orta Tunc dövründə şimal-şərqi Afrikanı və Qərbi Asiyanı əhatə edən oyun mədəniyyətləri Qafqaz regionunu da əhatə edib.

Klimenkonun fikrincə, bu faktın özü bir daha sübut edir ki, çox qədim bir tarixə malik və zaman-zaman formalaşan "58 dəlik" adlı oyunun mənşəyi nə olursa-olsun, onu çox müxtəlif insanlar oynayıb. Orta Krallığın və Misir zadəganlarından tutmuş Qafqazın maldarlarına qədər hər bir şəxs bu oyunu oynayıb, hətta çox sevilən oyun olaraq Anadoludakı qədim Assuriya tacirlərindən tutmuş Misirdəki Orta Krallığın piramidalarını tikən işçilərə qədər hamı bu oyunun nə olduğunu bilib və ondan əyləncə məqsədi ilə dəfələrlə istifadə ediblər.

Oqtay QORÇU
Seçilən
221
43
reyting.az

10Mənbələr