AZ

Şolts: Ukrayna Almaniyadan üçüncü Patriot sistemini alacaq

Almaniya tezliklə Ukraynaya üçüncü Patriot sistemini, IRIS-T qurğusunu, raket və sursatları təhvil verəcək. Bunu Almaniya kansleri Olaf Şolts deyib.

"Hazırda Ukrayna ordusunun ən təcili ehtiyacı sursat, silah, xüsusən də hava hücumundan müdafiədir, ona görə də yaxın həftələrdə və aylarda biz Ukraynaya üçüncü Patriot sistemi, IRIS-T qurğusu, raketlər və döyüş sursatları təqdim edəcəyik", - Şollts bildirib.

Kansler xatırladıb ki, 2022-ci il fevralın 24-dən Almaniya Ukraynaya 30 milyard avro məbləğində hərbi dəstək verib.

S.ELAY

XQ

Seçilən
212
2
xalqqazeti.az

3Mənbələr