İspaniya millisinin sabiq üzvü Fernando Torresin yeni iş yeri bəlli oldu.
İdmanxeber.az-ın məlumatına görə, keçmiş forvard “Atletiko”nun B komandasını çalışdıracaq. Gənc mütəxəssis daha öncə bu klubun U-19 komandasına rəhbərlik edib.
Xatırladaq ki, Torres paytaxt təmsilçisinin yetirməsidi. O, 2001-2007 və 2015-2018-ci illərdə “Atletiko”da forma geyinib.