AZ

Sümüklərin möhkəmlənməsinə mane olan İKİ MƏHSUL

Qeyri-sağlam qidalanma insan orqanizminə, o cümlədən sümük sisteminə mənfi təsir göstərir. 

Milli.Az lent.az-a istinadən bildirir ki, həkim-travmatoloq Rüstəm Əfəndiyev məsələ ilə bağlı danışıb.

Həkimin sözlərinə görə, iki məhsul xüsusilə sümüklərin möhkəmlənməsinə zərərlidir .

O qeyd edib ki, çörək və şəkər gündəlik qida rasionundan xaric edilməlidir. Bu məhsullar mineralların udulmasına mane olan bağırsaq mikroflorasına mənfi təsir göstərir. Əfəndiyev bildirib ki, dənli bitkilərin tərkibində olan fitik turşusu da mineralların sorulmasına mane olur - həzm fermentlərini bloklayır.

Həkim şəkəri qurudulmuş meyvələrlə, bal, mürəbbə, maya çörəyi turş çörək, çovdar çörəyi ilə əvəz etməyi məsləhət görüb. Ümumiyyətlə, o, daha çox tərəvəz və göyərti yemək lazım olduğunu bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
176
10
milli.az

10Mənbələr