AZ

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinənövbəti köç karvanı yola salınıb.

Trend xəbər verir ki, Respublikanın müxtəlif ərazilərindəyataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər vəinzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köçkarvanı iyunun 12-də Bakı şəhərinin Qaradağ rayonundan yolasalınıb. Bu mərhələdə Şuşa şəhərinə 21 ailə - 85 nəfərköçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyiilə rəşadətli Azərbaycan Ordusunun qazandığı zəfər nəticəsindəməcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlədoğma yurdlarına qayıtmasına imkan yaranıb.

Doğma yurda qayıdan Şuşa şəhəri sakinləri hərtərəfli dövlətqayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə vəBirinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətliAzərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizəminnətdarlıqlarını bildirib, bu yolda canlarından keçənşəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 126 ailənin, yəni 491nəfərin daimi məskunlaşması təmin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
3
az.trend.az

10Mənbələr