AZ

Qardaş ölkə Türkiyə ilə müttəfiqliyimiz strateji tərəfdaşlığın ən yüksək səviyyəsindədir



Bildiyimiz kimi iki dost, qardaş ölkənin, Türkiyə və Azərbaycanın dərin tarixi kökləri vardır.Bu da möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı inam, etimad və dəstəyə əsaslananmışdır.Qürurverici hal odur ki, bu gün ölkəmizlə yanaşı, qardaş Türkiyədə də hər addımda Azərbaycan və Türkiyə bayraqlarına birgə rast gəlinir.Mən Qardaş ölkənin əksər televiziya kanallarını izlədikcə, bu qardaşlığın necə möhkəm olduğunu, sarsılmazlığını, Azərbaycanın yaşadıqlarını Türkiyənin öz problemi kimi qəbul etməsindən yalnız qürur hissi duyuram. Hər iki qardaş ölkələrin mətbuatında, qəzetlərində manşeti, Azərbaycan Ordusunun Zəfər xəbəri Qardaş ölkə Türkiyə ilə müttəfiqlik, strateji tərəfdaşlığın ən yüksək səviyyədə, dinamik inkişaf etdiyini göstərən amillərdəndir.Artıq bu inkişafın qarşısını, dünyada heç bir qüvvə ala bilməz! Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdə bu barədə qəti fikirini demişdir: "Türkiyə-Azərbaycan dostluq, qardaşlıq münasibətləri uğurla inkişaf edir, xalqlarımız biri-biri ilə sıx əməkdaşlıq edir, bütün birgə təşəbbüslərimiz, layihələrimiz uğurla icra edilir".
Beləliklə ölkəmizin, Vətənimizin və xalqımızın xilaskarlıq missiyasının əsasını qoymuş, başlamış Ulu öndər Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" müdrik kəlamı bir daha öz təsdiqini tapdı.Hər iki qardaş xalqın nümayəndələri müdrik siyasi xadim Heydər Əliyevin bu sözlərinə bütün dünyanın gözü önündə sadiqlik nümayiş etdirdilər.Və Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsində Qardaş ölkə Türkiyə öz dəstəyi ilə, dünyaya bir daha göstərdi ki, bu tarixi ifadə sadəcə olaraq sözdən ibarət deyildir. Bu tarixi kəlam, iki dost və qardaş ölkənin yolunu daha da işıqlandırıb, bütün sahələr üzrə inkişafı yeni mərhələyə çatdırmışdır.Deyərdim ki, bu gün artıq iki qardaş ölkələr arasındakı strateji müttəfiqlik, tərəfdaşlıq və qardaşlıq münasibətləri bütün dünyaya nümunədir! Məhz bu sağlam dosluq, qardaşlıq münasibətlərinin məntiqi nəticəsi kimi 44 günlük Vətən müharibəsindən sonra, 15 iyun 2021-ci il tarixdə Şuşa şəhərində tarixi Şuşa Bəyannaməsi imzalanması oldu. Hər iki qardaş ölkələrin lideri Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi, hər iki ölkənin möhkəm dostluq və qardaşlıq münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini özündə ehtifa etmişdir.Bu bəyannamə Azərbaycan və Türkiyənin rəhbərliyi ilə regionda yeni reallıqların, sülhün və təhlükəsizliyin qarantı hesab oluna bilər. Ermənistan ilə ölkəmiz arasında sülhün imzalanmasının təkcə bölgə üçün deyil, eyni zamanda dünyada sabitlik üçün yeni bir ümid mənbəyi olacağını və bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət etdiyini bildirməklə qardaş ölkə Türkiyənin prezidenti Ərdoğan bütün dünyaya insanlığı və sülhü elan etdi.Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra xüsusilə inkişaf edən bu qardaşlıq münasibətimiz hazırkı dövrdə özünün zirvə nöqtəsindədir! Bu gün Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev tandemi beynəlxalq siyasi sistemdə məğlubedilməz liderlik səviyyəsindədir. Qürurla qeyd edirəm ki,artıq bu gün hər iki Prezident Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev beynəlxalq siyasi sistemdə məğlubedilməz liderlik səviyyəsindədir. Elə bu qardaşlıq münasibətlərinin növbəti göstəricisi olaraq Prezident İlham Əliyevin cari ilin iyun ayının 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərini qeyd etmək istəyirəm. Qardaş ölkənin paytaxtı Ankarada Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü zamanı ölkələr arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini böyük məmnunluqla vurğuladılar.Eyni zamanda Türk Dövlətləri Təşkilatının və qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyətini müzakirə etmiş və bir daha qeyd etmişlər.Görüş zamanı dövlət başçısı İlham Əliyev Türkiyə Prezidentini COP29 tədbirinə bir daha dəvət etdi.
Prezident Ərdoğan Şuşadakı qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyini bildirdi və COP29-un Azərbaycanda keçirilməsi münasibətilə cənab Prezidenti təbrik etdi və xalqımıza öz təbriklərini çatdırdı.
Prezident Rəcəb Tayyib Ərdoğan dəvəti məmnunluqla qəbul etdi.Səfər zamanı müxtəlif regional və beynəlxalq məsələlər barəsində fikir mübadiləsi aparılmış və səfər böyük təəsuratlarla başa çatmışdır.
Nəhayət sonda vurğulamaq istəyirəm ki,iki qardaş dövlət Azərbaycan-Türkiyə arasında hər gün böyüyən əməkdaşlıq və bütün sahələr üzrə strateji tərəfdaşlıq bölgədə sabitliyin göstəricisinə çevrilmişdir.Fəxrlə qeyd edim ki, xilaskarımız Heydər Əliyevin xarici siyasət kursunda Türkiyə ilə münasibətlərin inkişafına hesablanmış məqsədyönlü siyasi xəttin müəllifi, suveren-liyimizin təminatçısı və qarantı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən daha da inkişaf etdirilməsi sayəsində ölkələrimizin strateji tərəfdaşlığının dahada dərinləşməsinə nail olunmuşdur. Məhz bu da Qardaş ölkə Türkiyə ilə qarşılıqlı müttəfiqliyimizin və strateji tərəfdaşlığın, ən yüksək səviyyədə olmasının bariz nümunəsidir.

YENİ AZƏRBAYCAN PARTİYASI
Saatlı rayonu 15 saylı ƏPT-nın sədri Məmmədov Vüqar.




Seçilən
176
22
aia.az

10Mənbələr