Bakı. Trend:
“Qarabağ”ın mövsümlərarası fasilə dövründəki hazırlıq planımüəyyənləşib.
Trend İdman.biz-əistinadən xəbər verir ki, klubdan verilən məlumata görə, Bakıdabaşlayacaq məşqlərə iyunun 18-də start veriləcək.
Millilərin üzvü olan futbolçular komandanın hazırlığına ayın23-də qoşulacaqlar.
Paytaxtdakı toplanış çərçivəsində iki yoxlama oyunununkeçirilməsi planlaşdırılır. Bu görüşlərin iyunun 29-da və iyulun2-də təşkil olunması nəzərdə tutulub.
Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək.Azərbaycan çempionu iyulun 5-dən 17-dək Tirol bölgəsində təlim-məşqtoplanışı keçirəcək. Hazırlıq çərçivəsində iki oyun günündəümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Bu matçlardan ikisiiyulun 9-da, ikisi 16-da baş tutacaq.