AZ

Əhali 5 ayda ərzaq, içki və tütün məmulatlarına ₼12 milyard pul xərcləyib

2024-cü ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 21,5
milyard manatlıq, o cümlədən 12.1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün
məmulatları, 9.4 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.

2023-cü ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə3,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1.8 faiz, qeyri-ərzaq malları üzrə 5.2 faiz artıb.

Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,4 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 13,1 faizi
toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizi avtomobil benzini və dizel yanacağının, 4,5 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Seçilən
195
50
banker.az

10Mənbələr