AZ

Azərbaycanda dörd nəfərə “general-mayor” rütbəsi verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. 

Mynews.az xəbər verir ki, bununla bağlı President.az məlumat yayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına "gömrük xidməti general-mayoru” ali xüsusi rütbəsi verilib:

Şirinov Natiq Telman oğlu – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Əliyev Vüqar İsmayıl oğlu – Naxçıvan Baş Gömrük İdarəsinin rəisi

Cahangirov Anar Niyaz oğlu – Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi

Aşurlu Kənan Məhərrəm oğlu – "Azərterminalkompleks” Birliyinin direktoru.

Seçilən
383
mynews.az

1Mənbələr