AZ

Dünya Bankı Azərbaycanın real ÜDM artımı üzrə proqnozları gözdən keçirib

Bakı. Trend:

2024-cü ildə Azərbaycanda ümumdaxili məhsulun (ÜDM) realartımının 2,3 faiz olacağı, sonra isə 2025-ci ildə 2,4 faizəçatacağı gözlənilir.

Trend bubarədə Dünya Bankının "Qlobal İqtisadi Perspektivlər" (GlobalEconomic Prospects) adlı hesabatının iyun ayı buraxılışınaistinadən xəbər verir.

Qeyd etmək lazımdır ki, yanvar hesabatında Azərbaycanda real ÜDMartımı 2024 və 2025-ci illər üzrə müvafiq olaraq 2,4 və 2,5 faizolaraq gözlənilirdi.

Dünya Bankı bu göstəricinin 2026-cı ildə də 2,4 faizsəviyyəsində dəyişməz qalacağını gözləyir.

Bütünlükdə Cənubi Qafqazda artımın 2024-2026-cı illər ərzindəildə təqribən 3,5 faiz səviyyəsində sabitləşəcəyiproqnozlaşdırılır. Azərbaycanda 2023-cü ildə əhəmiyyətli dərəcədəazalan karbohidrogen ixracının müəyyən qədər bərpası sayəsindəartım kontekstində canlanmanın olacağı gözlənilir. Eyni zamanda,Ermənistan və Gürcüstanda iqtisadi artımın ləngiyəcəyiproqnozlaşdırılır.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə,2024-cü ilin yanvar-aprel aylarında ölkədə ÜDM 2023-cü ilin eynidövrü ilə müqayisədə 4,3 faiz artaraq 38 milyard 181 milyon manataçatıb.

2024-cü ilin hesabat dövründə 2023-cü ilin analoji dövrü iləmüqayisədə qeyri-neft sektorunda əlavə edilmi. dəyər 7,7 faiz,neft-qaz sektorunda isə 0,1 faiz artıb.

Qeyd olunan dövrdə ÜDM-in strukturunda sənayenin payı 40,3 faizolub.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ÜDM-instrukturunda 9,5 faiz nəqliyyat vasitələrinin ticarəti vətəmirinin, 6,9 faiz nəqliyyat və anbar təsərrüfatının, 6 faiztikintinin, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı vəbalıqçılığın, 2,4 faiz - turizm sektorunun, 1,7 faiz informasiya vərabitə sahəsinin payına düşür. ÜDM-in 20 faizi iqtisadiyyatın digərsahələrinin payına düşür.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
1
az.trend.az

2Mənbələr